Millimizin hücumçusu Vaqif Cavadov şərəfini qoruduğu Türkiyə "Boluspor"una kömək edə bilməyib. Fanat.az xəbər verir ki, futbolçu PTT I Liqasının XXI turu çərçivəsində baş tutan "Adana Dəmirspor"la qarşılaşmanın son 12 dəqiqəsində meydanda olub.
Həmyerlimizə bu vaxt kəsiyi oyunda dönüş yaratmağa kifayət etməyib. Qarşılaşma Adana təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Fanat.az