Cavadov Boluda bəyənilmir

Cavadov Boluda bəyənilmir

Qış fasiləsində Türkiyənin "Boluspor" klubuna transfer olunan millimizin hücumçusu Vaqif Cavadov hələ də statr heyətində özünə yer qazana bilməyib. Fanat.az xəbər verir ki, yerli mətbuat futbolçumuzun ümidləri doğrultmadığını bildirib.

Bolu təmsilçisinin dövrələrarası fasilədə heyətinə qatdığı 3 futbolçunun heç birinin uğurlu transfer olmadığını bildirən türk həmkarlarımız Belçika "Gent"indən gətirilən Ogün Aytaç Yavuzu və "Dənizlispor"dan alınan Ömər Alp Kulqa nı da tənqid atəşinə tutublar.

"Boluspor" cameəsinin böyük ümid bəslədikləri bu üçlük ikinci dövrənin geridə qalan 6 həftəsində arzulanan oyunu ortaya qoymayıb: "Aleksandr Prijoviçə rəqabət yaratmaq üçün alınan azərbaycanlı hücumçu bir qayda olaraq, oyunların sonlarında meydana girib və cəmi bir məhsuldar ötürmə ilə yadda qalıb. Digər 2 futbolçu isə hələ "qırmızı-ağ" forma ilə debüt etməyib". 

Qeyd edək ki, hazırda "Boluspor" Türkiyə I Liqasında 22 turdan sonra 28 xalla 10-cu pillədə qərarlaşıb. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər