Finlandiyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha bir yolama oyunun keçirib. Fanat.az xəbər verir ki, ardıcıl 2 heç-heçədən sonra yığmamız ağır zərbə alıb.
İrlandiyanın müvafiq yaş qrupuna aid yığma komandası ilə qarşılaşan yeniyetmələrimiz 0:6 hesablı məğlubiyyətə düşar olublar.
Qeyd edək ki, bundan öncə finlandiyalı həmyaşıdları ilə iki dəfə qarşılaşan Nikolay Adamın komandası hər iki oyunda da meydandan bərabərliklə (2:2, 1:1) ayrılmışdı.
Fanat.az