Bəxtiyar Abbasov rəqibini 4 dəqiqəyə təslim etdi

Bəxtiyar Abbasov rəqibini 4 dəqiqəyə təslim etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi, qarışıq döyüş növlərində (MMA) çıxış edən Bəxtiyar Abbasov növbəti döyüşünü keçirib. 29 yaşlı idmançımız martın 5-də Ukraynanın paytaxtı Kiyevdə keçirilən “Polad döyüşçülər” (“Stalnıe voinı”) adlı döyüş gecəsində iştirak edib. Fanat.az xəbər verir ki, 84 kq çəki dərəcəsində çıxış edən təmsilçimizin rəqibi ukraynalı Aleksandr Boyko olub.

Peşəkar rinqdə 21-ci döyüşünə çıxan, indiyədək 12 dəfə qalib gələn Ukrayna təmsilçisi Abbasovun qarşısında aciz qalıb. Belə ki, idmançımız artıq 1-ci raundda döyüşün taleyini həll edib. 4-cü dəqiqədə boğucu fəndlə rəqibini çıxılmaz vəziyyətə salan Abbasov Boykonu təslim olmağa vadar edib.

Beləliklə, 5 ildən artıqdı peşəkar MMA döyüşlərində çıxış edən idmançımız 17-ci döyüşündə 13-cü qələbəsini qazanıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər