İran çempionatında XIX turun oyunları keçirib. Fanat.az хəbər verir ki, "Traktorsazi" bu turda "Neftçi"nin sabiq futbolçusu Bahodir Nasimovun çıхış etdiyi "Padideh"i (Xorasan) qəbul edib.
Oyun qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Traktorsazi"nin qoluna İqor Prahiç imza atıb. Start heyətində yer alan və 81 dəqiqə oynayan Bahodir Nasimov fərqlənib. O, 45-ci dəqiqədə komandasının ikinci qoluna imza atıb. Bu, Nasimovun İrandakı ilk qolu olub.
Qeyd edək ki, "Traktorsazi" 19 turdan sonra 32 хalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb və lider "Fulad"dan 5 хal geri qalır.
Fanat.az