Azərbaycanlı qrossmeyster İspaniyada liderlər qrupunda

Azərbaycanlı qrossmeyster İspaniyada liderlər qrupunda

İspaniyada şahmat üzrə açıq turnir davam edir.

Fanat.Az xəbər verir ki, yarışın A turnirində mübarizə aparan Azərbaycan şahmatçısı Eltac Səfərli üç turdan sonra maksimum nəticə ilə liderlər qrupunda yer alıb.

30 yaşlı qrossmeysterimiz bu gün yerli şahmatçı Fransisko Valyexo Pons ilə qarşılaşacaq.

Digər təmsilçimiz Riad Səmədov isə 1,5 xal toplayıb. Növbəti turda onun rəqibi isə Malayziya şahmatçısı olacaq.

Yarışda 65-i qrosmeyster olmaqla, 184 şahmatçı iştirak edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər