Azərbaycanlı qrossmeyster ABŞ-da uğursuz seriyanı qırdı

Azərbaycanlı qrossmeyster ABŞ-da uğursuz seriyanı qırdı

Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan "Fall Chess Classic" turnirində növbəti görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, 27 yaşlı qrossmeyster yarışın beşinci turunda ağ fiqurlarla ABŞ təmsilçisi Hans Nimann ilə qarşılaşıb. Matç 35-ci gedişdə heç-heçə yekunlaşıb.

Bu, şahmatçımızın ardıcıl iki məğlubiyyətdən sonra qazandığı ilk xal olub.

Beləliklə, xalını 2-yə çatdıran Abasov hazırda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Lider 3,5 xal toplayan Vidit Santoş Qucratidir (Hindistan).

Ümumilikdə 10 şahmatçının mübarizə apardığı turnir dairəvi sistem üzrə keçirilir. Yarışa noyabrın 10-da yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər