Azərbaycanlı qapıçı debütdə qələbəyə sevindi

Azərbaycanlı qapıçı debütdə qələbəyə sevindi

Polşanın 4-cü liqa təmsilçisi "Sokol Slopnitse"də çıxış edən azərbaycanlı qapıçı Şahin Zəkiyev yeni komandasında rəsmi matçda debüt edib.

Fanat.Az xəbər verir ki, Zəkiyev çempionatın fasilədən sonrakı ilk oyununda - 20-ci turda "Tarnovia" ilə səfər qarşılaşmasında qələbəyə sevinib - 3:1.

22 yaşlı qapıçımız start heyətində yer alıb və komandasının ən yaxşılarından olub. "Sokol" hazırda 17 xalla 18 komanda arasında 15-ci pillədə qərarlaşıb. Zəkiyevin komandası rəqiblərindən az - 17 oyun keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər