Azərbaycan samboçusu Avropa üçüncüsü oldu

Azərbaycan samboçusu Avropa üçüncüsü oldu

Serbiyanın Novi-Sad şəhərində kişilər arasında idman və döyüş sambosu üzrə Avropa çempionatı start götürüb.

Fanat.Az xəbər verir ki, yarışın birinci günündə millimizin üzvü Mirfəttah Seyidəliyev (64 kq) idman sambosu yarışlarında bürünc medal qazanıb.

Sentyabrın 18-də Mehman Xəlilov (58 kq), Emil Həsənov (71 kq), Ramil Vəliyev (79 kq), Ceyhun Hüseynov (88 kq), Nəbi Məmmədov (98 kq) və Toğrul Salmanov (+98 kq) güclərini sınayacaqlar.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər