Naxçıvanda Yeniyetmələrin Şahmat Olimpiadası davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün üçüncü turun görüşləri keçiriləcək.
Azərbaycanın altı komandası aşağıdakı rəqiblərlə üz-üzə gələcək.
Yeniyetmələrin Şahmat Olimpiadası
III tur Kuba - Azərbaycan-1 Azərbaycan-2 - Latviya Azərbaycan-4 - Monqolustan Moldova - Azərbaycan-Naxçıvan Azərbaycan-Sumqayıt - İngiltərə CAR-3 - Azərbaycan-3
İki turdan sonra Azərbaycan - 1, Hindistan, Qazaxıstan, Türkiyə, Kuba, Özbəkistan - 1 və Gürcüstan - 1 maksimum göstəriciyə (4 xal) sahibdirlər.
Qeyd edək ki, 9 turdan ibarət yarışa oktyabrın 10-da yekun vurulacaq.