Azərbaycan - İrlandiya oyununa hakim təyinatı

Azərbaycan - İrlandiya oyununa hakim təyinatı

DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan və İrlandiya oyuna hakim təyinatları açıqlanıb.

Fanat.Az xəbər verir ki, görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Espen Eskasa yan xətt hakimləri qismində Kim Tomas Haqlund və Oystein İtterland köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kay Erik Stin yerinə yetirəcək.

VAR hakimi türkiyəli Abdulkadir Bitigen, onun köməkçisi isə Ali Palabıyık olacaq.

Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər