Sinqapurda çimərlik güləşi üzrə dünya seriyasının 2-ci mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, Azərbaycanı bu yarışda təmsil edən 3 idmançı qrup mərhələsində keçirdikləri 6 görüşün beşində qələbə qazanıb.
70 kq D qrupu Rübail İbrahimli - Kuentin Stiker 2:1 Rubail İbrahimli – Battulqa Raaş 3:1
90 kq A qrupu İbrahim Yusubov - Mihay Palagiya 3:1 İbrahim Yusubov - Yonas Van Kaenegem 3:0
+90 kq A qrupu Oyan Nəzəriani - Mamuka Kordzaya 0:1 Oyan Nəzəriani - Maqomedqadji Nurasulov 3:1
Sabah əvvəlcə qrup mərhələsinin sonuncu turunun görüşləri keçiriləcək. Daha sonra pley-off və medallar uğrunda qarşılaşmalar baş tutacaq.