Azərbaycan əsilli gimnastdan tarixi nəticə

Azərbaycan əsilli gimnastdan tarixi nəticə

Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli idman gimnastı Cesika Qədirova İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında bürünc medal əldə edib.

Fanat.Az xəbər verir ki, hakimlərdən 44.199 xal alan 17 yaşlı idmançı çoxnövçülükdə fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Qədirova bununla tarixi nəticəyə imza atıb.

Bu, Böyük Britaniyanın dünya çempionatında qadınlar arasında şəxsi çoxnövçülük üzrə ilk medalı olub.

Onun əkiz bacısı Cennifer Qədirova da gimnastika ilə məşğul olur. Onlar ötən il Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunlarında 3-cü yeri tutaraq, Böyük Britaniyaya 93 ildən sonra bu idman növü üzrə olimpiya medalı qazandırıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər