Azərbaycan çempionu irəlilədi

Azərbaycan çempionu irəlilədi

Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən beynəlxalq festivalın "Masters" yarışında növbəti görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, 19 yaşlı qrossmeyster yeddinci turda Hüseyn Aziz (Qətər) ilə üz-üzə gəlib. Matç qara fiqurlarla oynayan təmsilçimizin qələbəsi ilə yekunlaşıb.

Qələbə Muradlını yarış cədvəlində 5 pillə qabağa salıb. 4,5 xalı olan son Azərbaycan çempionu hazırda 33-cüdür. Lider 5,5 xal hasil edən Yorden Van Foreestdir (Niderland).

Muradlının növbəti turdakı rəqibi  İndoneziya şahmatçısı olacaq.

Qeyd edək ki, 76 şahmatçının iştirakı ilə İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarət olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər