AZAL-ın sabiq üzvü irland klubunda

AZAL-ın sabiq üzvü irland klubunda
AZAL-ın sabiq futbolçusu Con Oluremi karyerasını İrlandiyada davam etdirə bilər. Fanat.az goal.com-a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi hazırda "Şemrok Rovers" klubunda baxışdadı. 
Futbolçu artıq komanda ilə birlikdə bir neçə yoxlama matçında meydanda olub. Con Olureminin yaxın günlərdə yeni klubu ilə müqavilə imzalayacağı ehtimal olunur
Qeyd edək ki, ötən mövsümün sonu AZAL-dan ayrılan yarımmüdafiəçi Mərakeşin "MAS Fes" klubuna transfer olunsa da, 2014-cü ilin sonlarında klubdan ayrılıb. Con AZAL-ın heyətində 41 oyun keçirib və 12 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər