AZAL-ın kapitanının son durumu

AZAL-ın kapitanının son durumu
AZAL - “Neftçi” matçının son dəqiqələrində Elvin Yunuszadə tərəfindən kobudluğa məruz qalan AZAL-ın vitse-kapitanı Viktor İbekoyinin son durumu müəyyənləşib. Fanat.az xəbər verir afrikalı futbolçu həkim müayinəsindən keçib.
Oyunçunun ayağında hər hansı bir çat və ya sınıq aşkarlanmayıb. Onun məşqlərə başlaması üçün 15 gün lazımdı. Yəni qış fasiləsindən sonra Viktor komanda ilə birgə məşq edə biləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər