"Fənərbaxça"dan ayrıldıqdan sonra heç bir klubu çalışdırmayan Aykut Kocamanın yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, 49 yaşlı mütəxəssis "Konyaspor"la anlaşıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb: "Konyaspor" baş məşqçi Aykut Kocamanla anlaşma əldə edib. Klubumuzla mütəxəssis arasında rəsmi müqavilə oktyabrın 28-də imzalanacaq".
Kocaman bu postda Mesut Bakkalı əvəzləyəcək. "Konyaspor" bir neçə gün əvvəl baş məşqçisi ilə yolları qarşılıqlı razılıq əsasında ayırıb .
Qeyd edək ki, Kocaman 2005-2006-cı illərdə "Konyaspor"a başçılıq edib. O, bundan başqa, "İstanbulspor", "Malatyaspor" və "Ankaraspor" klublarını çalışdırıb.
Fanat.az