Avropa Kuboku: Azərbaycan komandalarından növbəti qələbə

Avropa Kuboku: Azərbaycan komandalarından növbəti qələbə

Azərbaycanın kişilərdən ibarət "Vüqar Həşimov" və qadınlardan ibarət "Odlar Yurdu" komandası Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa Kubokunda növbəti oyunlarını keçiriblər.

Fanat.Az xəbər verir ki, "Vüqar Həşimov" II turda İsveçin "Stockholms" kollektivini sınağa çəkib. Görüş Azərbaycan təmsilçisinin 4,5:1,5 hesablı qələbəsi ilə başa çatıb.

"Odlar Yurdu" isə Ukraynanın "Blue & Yellow" klubu ilə üz-üzə gəlib və rəqibini 3:1 hesabı ilə məğlub edib.

Kişilər

II tur

"Vüqar Həşimov" - "Stockholms" - 4,5:1,5

Kiril Şevçenko - Lars Hauge - 1:0 Misrətdin İskəndərov - Can Ertan - 0,5:0,5 Vüqar Əsədli - Erik Torn - 0:1 Əhməd Əhmədzadə - Karl Sederstam - 1:0 Ülvi Sadıxov - Nils-Qustam Rehman - 1:0 Xəzər Babazadə - Felik Tuomainen - 1:0

Qadınlar

"Blue & Yellow" - "Odlar Yurdu" - 1:3

Natalya Buksa - Günay Məmmədzadə - 0,5:0,5 İnna Qaponenko - Ülviyyə Fətəliyeva - 0:1 Yevgeni Doluxanova - Xanım Balacayeva - 0,5:0,5 Diana Tarleva - Gövhər Beydullayeva - 0:1

Qeyd edək ki, "Vüqar Həşimov" komandası ilk turda İngiltərə "Şarks"ını, "Odlar Yurdu" isə Fransa "Filidor"unu məğlub edib.

Kişilərin turnirində 70, qadınlarda 17 komanda çıxış edir. Hər iki mübarizə İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər