Avropa Kuboku: Azərbaycan komandaları İsveç və Polşa klublarına qarşı

Avropa Kuboku: Azərbaycan komandaları İsveç və Polşa klublarına qarşı

Azərbaycanın kişilərdən ibarət "Vüqar Həşimov" və qadınlardan ibarət "Odlar Yurdu" komandası Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa Kubokunda bu gün növbəti oyunlarını keçirəcək.

Fanat.Az xəbər verir ki, "Vüqar Həşimov" IV turda İsveçin "Rokaden", "Odlar Yurdu" Polşanın "Bıdqoş" klubu ilə qarşılaşacaq.

IV tur

Kişilər

"Rokaden" (İsveç) - "Vüqar Həşimov" (Azərbaycan)

Qadınlar

"Odlar Yurdu" (Azərbaycan) - "Bıdqoş" (Polşa

Qeyd edək ki, ilk iki turu qələbə ilə başa vuran komandalarımız üçüncü görüşlərində məğlub olublar. Dörd xalla "Vüqar Həşimov" turnir cədvəlində 13-cü, "Odlar Yurdu" 3-cü yerdə gedir. 

Kişilərin turnirində 70, qadınlarda 17 komanda çıxış edir. Hər iki mübarizə İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər