"Heyətimizdə zədəli və cəzalı futbolçuların olmasına baxmayaraq, komanda bu gün yaxşı mübarizə apardı, maraqlı oyun alındı. Xüsusən ikinci hissədə açıq futbol getdi". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"la oyundan sonra (3:4) "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov deyib.
Baş məşqçi bacarıqlarının bu qədər olduğunu bildirib: "İlk hissədə müdafiədəki kobud səhvlər oyunun nəticəsini müəyyən etdi. Hesab qane etməsə də, komandanın oyunundan razı qaldım. Bacardığımız bu qədərdi".
Fanat.az