"Bakı" ilə 0:0 başa çatan çempionat matçından sonra "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədovun komandasının oyunundan ciddi narazı qalması haqda məlumat vermişdik. Rekord.az-a açıqlamasında Məmmədov bildirib ki, bununla bağlı futbolçularla ciddi söhbət edəcək:
"Bakı" ilə oyunda qapıçı Popoviç və müdafiə xəttini çıxmaq şərti ilə hamı pis oynadı. Orxan Əliyev, Tofiq Mikayılov, Tərzin Cahangirov, Məhəmməd Qurbanov bir sözlə, hamı. Əlimdən imkanım olsa, heyətin yarısını əvəzləyərdim. Təbii ki, bununla bağlı futbolçularla iclas keçirib qəti söhbət edəcəm. Onlara çox ciddi xəbərdarlıq olunacaq. Pul cəzası? Bilirsiniz ki, bizdə elə futbolçu var 1000 manat maaş alır. 1000 manatdan nə kəsək? Amma lazım gəlsə onu da edəcəyik. AZAL-la oyunda heyətdə dəyişikliklər mütləq olacaq. Çünki ehtiyatda oturub şansını gözləyən futbolçular var. "Bakı"ya qarşı əsas heyətdə meydançaya çıxanlar öz şanslarını həmin ehtiyatda oturanlara verdilər".
Fanat.az