Aqil Məmmədov dilinin bəlasına düşdü

Aqil Məmmədov dilinin bəlasına düşdü

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Topaz Premyer Liqasının IX turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

“Qəbələ” - “Sumqayıt” matçından sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Aqil Məmmədov hakimlərin idarəçiliyi haqqında qeyri-etik ifadələr işlətmişdi. AFFA bu səbəbdən "Sumqayıt"ı 2000 manat cərimələyib.

AZAL-la oyunun 77-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılan “Bakı”nın №-li futbolçusu Vüqar Bəybalayev 1 oyun cəzalandırılıb, klubu 200 manat cərimə olunub. "Bakı"nın əvəzedici komandası AZAL-la oyunda 4 sarı vərəqə aldığından klub 500 manat cərimə edilib.

“İnter”lə matçın 61-ci dəqiqəsində azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə etdiyinə "Neftçi" 1000 manat cərimələnib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər