Adrian Pit: "Öz meydanımızda hər şeyi dəyişə bilərik"

Adrian Pit: "Öz meydanımızda hər şeyi dəyişə bilərik"

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Adrian Pitin azerisport.az saytına müsahibəsi

- İsrailin “Maccabi” (Hayfa) klubu ilə cavab matçına necə hazırlaşa bilmisiz?

- Komandada normal atmsofer var. Tam heyətlə hazırlaşırıq. İlk oyunda 0:2 hesabıyla uduzsaq da, hələ bütün şanslarımız itirilməyib.

 - Amma Türkiyənin “Fenerbahçe” klubuna qarşı keçirdiyiniz yoxlama oyunu (0:4) buna ümid bəsləməyə imkan vermədi...

- Bu oyunun nəticəsinə fikir vermək lazım deyil. “Fenerbahçe” ilə görüş bizim üçün yaxşı bir hazırlıq oyunu oldu.

- Onun sizə nə kimi köməyi dəydi?

- Belə güclü komandalara qarşı oynamaq həmişə faydaı olur. Təəssüf ki, birinci hissədə əlimizə düşən qol vəziyyətlərindən yararlana bilmədik. Bu cür oyunlarda ələ düşən hər qol şansından maksimum yararlanmalısan.

 - “Maccabi” ilə cavab matçı öncəsi əlavə güc itirmiş oldunuz. Bu, yorğunluğa səbəb olmayacaq ki?

- Ondan sonra bizim dörd gün vaxtımız var idi. Düşünmürəm ki, bu qədər müddət ərzində kimdəsə yorğunluq qalsın.

 - Şanslarınız nə dərəcədə yüksəkdi?

- Nə qədər yüksək olduğunu deyə bilməsəm də, biz sonadək çalışacağıq. Biz İsraildə o qədər də yaxşı matç keçirmədik. Amma öz meydanımızda hər şeyi dəyişə bilərik.

- Con Toşakın gəlişindən sonra heç də həmişə əsas heyətə düşmürsüz. Niyə?

- Bilmirəm. Bununla baş məşqçi özü məşğul olur. Səbəbini ondan soruşun.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər