Topaz Premyer Liqasında XXI tura yekun vurulub. Fanat.az хəbər verir ki, ikinci oyun günündə üç matç baş tutub.
Tur "Böyük oyun"la əlamətdar olub. Belə ki, "Neftçi" və "Xəzər Lənkəran" mövsümün üçüncü derbisinə çıxıb. Qış fasiləsində əksər legionerləri ilə yollarını ayıraraq gənclərə üstünlük verən "Xəzər Lənkəran" Bakıda 0:2 hesabı ilə uduzub. "Neftçi"nin heyətində 65-ci dəqiqədə Julius Vobay, 3 dəqiqə sonra Samir Məsimov fərqlənib.
Komandalar arasında bu mövsüm keçirilən ilk oyunda "Neftçi" qələbə qazanıb (1:0), ikinci qarşılaşma "sülh"lə bitib. "Neftçi" 17 oyundan sonra 27 хalla turnir cədvəlinin 4-cü, "Xəzər Lənkəran" 18 matçdan sonra 20 хalla 7-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, turun bir oyunu dünən keçirilib və "Simurq" "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib. Bu gün həmçinin "Bakı" "Sumqayıt"ı (0), AZAL "Qarabağ"ı (0:1) qəbul edib. "İnter" isə bu tur istirahət edəcək.
Premyer Liqa
2014/15 mövsümü
III dövrə, XXI tur
11 fevral
Neftçi - Xəzər Lənkəran 2:0
Qollar: Julius Vobay, 65. Samir Məsimov, 68.
Neftçi: 1. Aqil Məmmədov, 2. Karlos Kardozo, 3. Denis Silva, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 27. Məqsəd İsayev.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 4. Rahil Məmmədov, 16. Əziz Quliyev, 18. Kaue da Silva, 21. Samir Məsimov, 22. Rauf Əliyev, 23. Ruslan Qurbanov.
Baş məşqçi: Arif Əsədov.
Xəzər Lənkəran: 19. Vyekoslav Tomiç, 3. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 8. Elşən Rzazadə, 10. Ağabala Ramazanov, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 17. Kazım Kazımlı, 18. Tural Cəlilov, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 6. İlqar Ələkbərov, 9. Bəhruz Teymurov, 20. Elsevər Bəkirzadə, 34. Elnur İsmayılov, 42. Kamran Abdullazadə, 99. Mahsun Qəmbərli.
Baş məşqçi: Elbrus Məmmədov.
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Cavanşir Yusifov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
"Bakcell Arena". Saat 16.00.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Qarabağ | 18 | 12 | 4 | 2 | 34-18 | 40 | |
| 2 | İnter | 18 | 8 | 9 | 1 | 28-8 | 33 | |
| 3 | Neftçi | 18 | 8 | 6 | 4 | 22-14 | 30 | |
| 4 | Simurq | 19 | 8 | 4 | 7 | 29-22 | 28 | |
| 5 | AZAL | 18 | 6 | 5 | 7 | 21-27 | 23 | |
| 6 | Qəbələ | 19 | 5 | 7 | 7 | 21-27 | 22 | |
| 7 | Xəzər Lənkəran | 19 | 5 | 5 | 9 | 23-26 | 20 | |
| 8 | Sumqayıt | 18 | 4 | 5 | 9 | 19-27 | 17 | |
| 9 | Bakı | 19 | 2 | 5 | 12 | 14-42 | 11 | |
|
Bombardirlər | Nurlan Novruzov (Bakı) -10. Draqan Çeran (Smurq) - 9. Mikel Alvaro (İnter) - 8. Məhəmməd Qurbanov (Sumqayıt), Rəşad Eyyubov (Simurq) - 7. Junior Nildo (İnter), Cavid Hüseynov (Qəbələ) - 6. | |||||||
Fanat.az