AÇ: Azərbaycanın iki boksçusu finalda

AÇ: Azərbaycanın iki boksçusu finalda

Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatında Azərbaycan millisinin iki üzvü finala yüksəlib.

Fanat.Az xəbər verir ki, Nicat Hüseynov (51 kq) və Ruslan Qədirov (54 kq) həlledici görüşdə iştirak hüququna yiyələnib. Hüseynov yarımfinalda türkiyəli Mehmethan Çinarla üz-üzə gəlib. Gərgin keçən qarşılaşma azərbaycanlı boksçunun qələbəsi ilə başa çatıb - 3:2 (29:28, 27:30, 29:28, 29:28, 28:29).

Qədirov isə yarımfinalda eyni hesabla - 3:2 (27:30, 28:29, 29:28, 29:28, 29:28) ukraynalı Elmir Nəbiyevə qalib gələrək, həlledici döyüşdə iştirak hüququ qazanıb.

Hər iki qalib boksçu həlledici döyüşə martın 23-də çıxacaq.

Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq) isə yarımfinalda məğlub olaraq bürünc medalla kifayətləniblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər