AÇ: Azərbaycanın üç şahmatçısı liderlər qrupunda

AÇ: Azərbaycanın üç şahmatçısı liderlər qrupunda

Sloveniyanın Brejitse şəhəri yaxınlığındakı Terme Çatej kurort mərkəzində təşkil olunan şahmat üzrə Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, yarışda ötən gün VIII turun görüşləri keçirilib. Azərbaycan təmsilçilərindən yalnız ikisi qarşılaşmasını qələbə ilə başa vurub. Misrətdin İsgəndərov almaniyalı Rasmus Svanı, Şahin Vəliyev Ukraynadan olan Artyom Lutskonu yenib.

Yarışdakı ən reytinqli şahmatçımız Qədir Hüseynov fransalı Jil Mussarla heç-heçəyə razılaşıb. Abdulla Qədimbəyli Kirill Şevçenko (Ukrayna) ilə, Eltac Səfərli - Aleksandr Areşçenko (Ukrayna) ilə, Nicat Abasov Arseni Nesterovla (FIDE), Vasif Durarbəyli Sabino Brunello (İtaliya) ilə "sülh bağlayıb". 

Son Azərbaycan çempionu Məhəmməd Muradlı AÇ-nin reytinq favoriti David Navaraya (Çexiya), Aydın Süleymanlı Aryan Tariyə (Norveç) uduzub.

Bu nəticələrdən sonra xallarını 6-ya çatdıran Misrətdin, Abdulla və Qədir yarış cədvəlinin müvafiq olaraq 3, 4 və 5-ci pillərində qərarlaşıblar. Eltac, Nicat, Vasif və Vüqar hərəyə 5,5 xal toplayıblar.

Sıralamaya 7 xalla almaniyalı Mattias Bluebaum başçılıq edir.

Qeyd edək ki, qitə çempionatına ümumilikdə 317 şahmatçı qatılıb. İsveçrə sistemi üzrə 11 turdan ibarət turnir aprelin 6-dək davam edəcək. Ümumi mükafat fondu 100 min avrodur.

Avropa çempionatı VIII tur

Kirill Şevçenko (Ukrayna) - Abdulla Qədimbəyli 0,5:0,5 Jil Mussar (Fransa) - Qədir Hüseynov 0,5:0,5 Aydın Süleymanlı - Aryan Tari (Norveç) 0:1 Rasmus Svan (Almaniya) - Misrətdin İsgəndərov 0:1 David Navara (Çexiya) - Məhəmməd Muradlı 1:0 Eltac Səfərli - Aleksandr Areşçenko (Ukrayna) 0,5:0,5 Arseni Nesterov (FIDE) - Nicat Abasov 0,5:0,5 Sabino Brunello (İtaliya) - Vasif Durarbəyli 0,5:0,5 Vüqar Əsədli - Yuri Kuzubov (Ukrayna) 0,5:0,5 Kristofer Noe (Almaniya) - Gövhər Beydullayeva 0,5:0,5 Tom O'Qorman (İrlandiya) - Əhməd Əhmədzadə 1:0 Murad İbrahimli - Paulius Pultineviçus (Litva) 0,5:0,5 Artyom Lutsko (Ukrayna) - Şahin Vəliyev 0:1 Merab Qaqunaşvili (Gürcüstan) - Riad Səmədov 0,5:0,5 Noe Tutisani (Gürcüstan) - Toğrul Həsənzadə 1:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər