AÇ: Azərbaycanın iki şahmatçısı erməni ilə üz-üzə

AÇ: Azərbaycanın iki şahmatçısı erməni ilə üz-üzə

Sloveniyanın Brejitse şəhəri yaxınlığındakı Terme Çatej kurort mərkəzində təşkil olunan şahmat üzrə Avropa çempionatında bu gün ikinci turun görüşləri keçiriləcək. 

Fanat.Az xəbər verir ki, Azərbaycanın 15 təmsilçisinin tur çərçivəsində qarşılaşacağı rəqiblərin adına aydınlıq gəlib. 

Yarışdakı ən reytinqli şahmatçımız Qədir Hüseynov qara fiqurlarla almaniyalı Kristofer Noe ilə münasibətləri aydınlaşdıracaq. Aydın Süleymanlı "ağlar"la ukraynalı Anton Korobovun, Nicat Abasov fransalı Adrian Demutun müqavimətini qırmağa çalışacaq. Əhməd Əhmədzadə və Riad Səmədov isə erməni rəqiblərlə üz-üzə gələcək.

Turun bütün görüşləri Bakı vaxtı ilə saat 17:15-də start götürəcək.

Xatırladaq ki, təmsilçilərimizdən Qədir Hüseynov, Nicat Abasov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Vasif Durarbəyli, Eltac Səfərli, Misrətdin İsgəndərov, Abdulla Qədimbəyli, Məhəmməd Muradlı və Murad İbrahimli ilk görüşlərini qələbə ilə başa vurublar. Riad Səmədov və Toğrul Həsənzadə rəqibləri ilə "sülh"ə razılaşıbsa, Vüqar Əsədli, Gövhər Beydullayeva və Şahin Vəliyev xalsız qalıb.

Qeyd edək ki, qitə çempionatına ümumilikdə 317 şahmatçı qatılıb. İsveçrə sistemi üzrə 11 turdan ibarət turnir aprelin 6-dək davam edəcək. Ümumi mükafat fondu 100 min avrodur.

Avropa çempionatı II tur

Kristofer Noe (Almaniya) - Qədir Hüseynov Aydın Süleymanlı - Anton Korobov (Ukrayna) Nicat Abasov - Adrian Demut (Fransa) Samvel Ter-Saakyan (Ermənistan) - Əhməd Əhmədzadə Yevgenios İonnidis (Yunanıstan) - Vasif Durarbəyli Abdulla Qədimbəyli - Migel Santos (İspaniya) Eltac Səfərli - Yakub Kosakovski (Polşa) Murad İbrahimli - Denis Vaqner (Almaniya) Misrətdin İsgəndərov - Tornike Sanikidze (Gürcüstan) Zala Urx (Sloveniya) - Məhəmməd Muradlı Robert Ovanisyan (Ermənistan) - Riad Səmədov Daniel Dartxa (Belçika) - Toğrul Həsənzadə Vüqar Əsədli - Zoe Varney (İngiltərə) Urban Zupançiç (Sloveniya) - Gövhər Beydullayeva David Murko (Sloveniya) - Şahin Vəliyev

Sahib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər