AÇ: Azərbaycanın 4 şahmatçısı qələbə ilə başladı

AÇ: Azərbaycanın 4 şahmatçısı qələbə ilə başladı

Çexiyanın paytaxtı Praqada şahmat üzrə qadınlar arasında Avropa çempionatı start götürüb.

Fanat.Az xəbər verir ki, Azərbaycanın yarışdakı yeddi təmsilçisindən dördü ilk turu qələbə ilə başa vurub. Digər üç şahmatçımız isə rəqibləri ilə heç-heçəyə razılaşıb.

Avropa çempionatı I tur

Günay Məmmədzadə – Eliska Riçtrova (Çexiya) 1:0 Ülviyyə Fətəliyeva – Çiara Polterauer (Avstriya) 1:0 Anna-Maya Qazaryan (Niderland) - Gülnar Məmmədova 0,5:0,5 Xanım Balacayeva - İrina Petrova (Ukrayna) 0,5:0,5 Gövhər Beydullayeva – Maritsa Tsirulnik (Ukrayna) 1:0 Oliviya Kiolbasa (Polşa) - Səbinə İbrahimova 0,5:0,5 Olqa Babiy (Ukrayna) – Ləman Hacıyeva 0:1

Qeyd edək ki, qitə çempionatında 123 şahmatçı qüvvəsini sınayır. İsveçrə sistemi üzrə keçirilən yarış 11 turdan ibarət olacaq

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər