"Traktorsazi" ikinci pillədə

"Traktorsazi" ikinci pillədə

İran çempionatında XXI turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, "Traktorsazi" Məşhəd "Neft"inin qonağı olub.

Ardıcıl ikinci turda səfərdə oynayan Təbriz klubu yenə əzmkar qələbə qazanıb. Belə ki, hesabı 11-ci dəqiqədə meydan sahibləri penaltidən açıb. "Traktorsazi" buna 32-ci dəqiqədə Saman Nəriman Cahanın qolu ilə cavab verib. 83-cü dəqiqədə isə Edinyo komandasının qələbə qolunu vurub - 2:1.

Qeyd edək ki, "Traktorsazi" 21 oyundan sonra 38 хalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər