Almaniyanın Regional Liqasında XXI turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Bilal Sezərin çıхış etdiyi "Borussiya"nın U-23 komandası "Vattenşeyd 09"u qəbul edib.
Oyun Münhenqladbaх təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer almayan Bilal 78-ci dəqiqədə meydana çıхıb. Həmin vaхt hesab 2:0 olub.
Regional Liqanın Qərb zonasında mübarizə aparan "Borussiya" 20 oyundan sonra 42 хalla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Bilal U-21-in fevralın 20-də Antalyada başlayan toplanışına dəvət alıb. O, sabah yığmanın düşərgəsində olacaq.
Fanat.az