Yığmamızın heyəti açıqlandı

Yığmamızın heyəti açıqlandı

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raunduna hazırlıq məqsədilə müvafiq yaş qrupuna aid Azərbaycan yığması ardıcıl iki təlim-məşq toplanışında olacaq. Fanat.az xəbər verir ki, yığmamız fevralın 16-dan 22-dək Finlandiyanin Helsinki, fevralın 23-dən 28-dək isə İrlandiyanın Dublin şəhərlərində hazırlıq keçəcək.

Futbolçularımız fevralın 20-də və 22-də finlandiyalı, fevralın 25-də və 27-də isə irlandiyalı həmyaşıdları ilə yoldaşlıq oyununda qarşılaşacaq.

Toplanışlara dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq: Qasimov Ağaseyid - QarabağMuradbəyli Fəhmin - NeftçiƏlizadə Sənan - NeftçiHəşimli Mirkamil - NeftçiMəmmədov Təyyar - BakıMədətov Mahir - BakıAğaverdiev Renat - BakıMustafazadə Bəhlul - QəbələZamanov Emin - QəbələNəbiyev Yusif - QəbələƏsədov Ayxan - QəbələƏliyev Qismət - QəbələSüleymanov Elnur - İnterNahavəndi Mansur - İnterİbazadə Ülvi - İnterMəmmədov Məhəmməd - İnterSadiqov İlkin - İnterNəsirov Budaq - SumqayitKərimzadə Fərid - SumqayitHüseynzadə Turan - Xəzər LənkəranAğarəhimov Vadim - Zenit (Sankt-Peterburq, Rusiya)Uluxanov Elgün - MOİK (Moskva, Rusiya) Qeyd: Qismət Əliyev (Qəbələ) yalnız Finlandiya toplanışında iştirak edəcək. Mirkamil Həşimli (Neftçi) və Turan Hüseynzadə (Xəzər Lənkəran) komandaya İrlandiya toplanışında qoşulacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər