Rüfət oynadı, komandası uddu

Rüfət oynadı, komandası uddu

Almaniyanın Regional Liqasında XV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi "Saarbrukken" "Pirmasens"i qəbul edib.

Oyun meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer almayan Rüfət matçın sonlarında 4-cü qolun müəllifi Dennis Veqneri əvəzləyib.

Qeyd edək ki, Regional Liqanın cənub-qərb zonasında çıxış edən "Saarbrukken" 15 oyunda 33 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər