Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Bilal Sezerin forma geyindiyi "Borussiya"nın (Münhenqladbax) U-23 komandası "Bohum II"ni qəbul edib.
Oyun "Borussiya"nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bilal meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb. Millimizin üzvü 28-ci dəqiqədə komandasının 2-ci qolunu vurub.
Qeyd edək ki, Regional Liqanın Qərb zonasında çıxış edən "Borussiya" 13 oyunda 24 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Fanat.az