FIFA milli komandaların 2013-cü il üçün sonuncu reytinq cədvəlini açıqlayıb. Farat.az xəbər verir ki, Azərbaycan milli komandası ötən ayla müqayisədə 1 pillə irəliləyib.
Aktivində 363 xal olan millimiz ili 94-cü pillədə başa vurub. Yığmamız 2013-cü ili Qabon, Haiti, Konqo, Oman, Uqanda, Anqola, El Salvador kimi ölkələrindən geridə bitirib.
Reytinq cədvəlinə həmişəki kimi İspaniya başçılıq edir - 1507 xal. 1318 xalla Almaniya ikinci, 1251 xalla Argentina üçüncüdü. İlk onluqda həmçinin Kolumbiya, Portuqaliya, Uruqvay, İtaliya, İsveçrə, Hollandiya və Braziliya qərarlaşıb. İlk 18-likdə dəyişiklik olmayıb. 2 pillə irəliləyən Bosniya və Herseqovina 19-cu yerə qalxıb. Fransa 1 pillə geriləyərək 20-ci yerə düşüb. Meksika isə 20-likdən çıxıb.
Qeyd edək ki, növbəti reytinq cədvəli 2014-cü il yanvarın 16-da açıqlanacaq.
Fanat.az