Türkiyə Süper Liqasında ilk dövrənin son oyunları keçirilir. Fanat.az xəbər verir ki, millimizin üzvü Cihan Özkaranın çıxış etdiyi "Sivasspor" "Karabükspor"u qəbul edib.
Oyun Sivas təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cihan ilin son oyununda iştirak etməyib. Roberto Karlos millimizin üzvünü ehtiyatda saxlayıb.
Qeyd edək ki, "Sivasspor" 17 turda 29 xal toplayıb və fasiləyə 5-ci pillədə yollanıb. II dövrəyə yanvarın 24-də başlayacaq.
Fanat.az