1-ci Liqa təmsilçisi baş məşqçisi ilə yollarını ayırdı

1-ci Liqa təmsilçisi baş məşqçisi ilə yollarını ayırdı
I Liqada mübarizə aparan "Baku Sportinq" baş məşqçi Samir Ələkbərovla yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ələkbərovla yanaşı, qapıçılar üzrə məşqçi Davud Əsgərovun da işinə son verilib. Hər iki mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "Baku Sportinq" I Liqada keçirdiyi 5 oyunun hamısında uduzub və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər