Noyer matça çıxa bilməyəcək - Səbəb

Noyer matça çıxa bilməyəcək -  Səbəb
“Bayern Münhen”in (Bayern München, Bayern Munich) qapıçısı Manuel Noyer (Manuel Neuer) Almaniya Bundesliqasının 6-cı turunda “Leyptsiq”lə (RB Leipzig) keçiriləcək qarşılaşmada komandasına kömək edə bilməyəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı “Sky Sport” yayıb.
Məlumata görə, qapıçının ayağındakı problemlər səbəbindən meydana çıxa bilməyəcək 40 yaşlı qolkiperin əvəzinə Münhen klubunun qapısını Yonas Urbiq (Johannes Schenk) qoruyacaq.
Noyerin oktyabrın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində “Arsenal”a qarşı baş tutacaq matça qədər yaşıl meydanlara qayıdacağı gözlənilir.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər