"Heç vaxt Joze Mourinyonun köməkçisi olmazdım. Həm də onun daimi bir köməkçisi var. Maonun sağ qolu olmaq doğru qərar olmazdı". Fanat.az xəbər verir ki, bu sözləri hazırda "Real"da məşqçi işləyən Zinəddin Zidan deyib.
Joze Mourinyonun baş məşqçi olduğu dövrdə "Real"da idman direktoru vəzifəsini tutan Zidan portuqaliyalı çalışdırıcı ilə işləməyin çətin, amma əyləncəli olduğunu bildirib. Amma o, Mourinyonun köməkçisi olmağı əsla istəmədiyini deyib.
Fanat.az