Misli Premyer Liqasının 8-ci turunda "Sabah"a öz meydanında 0:4 hesabı ilə uduzan "Qəbələ"nin baş məşqçisi Yeton Bekiri (Jeton Beqiri) oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, şimali makedoniyalı mütəxəssis belə danışıb:
"Oyuna yaxşı başlamışdıq. Qol vəziyyətlərindən istifadə edə bilmədik. Əlbəttə ki, müdafiədə ciddi səhvlərimiz oldu. İlk yarının sonlarında qapımızda qol gördük. Fasilədən sonra isə daha üç dəfə topu tordan çıxarmalı olduq".
O, "öncəki turda "Sumqayıt"a da 4 qol buraxaraq, 1:4 hesabıyla uduzmuşdunuz. Hər iki matçda 4 qol buraxmaq çox deyil?" sualını da cavablandırıb: "Müdafiədə səhvlər edirik. Təbii ki, yaxşı hal deyil. İtkilərimiz də var. Oyunumuzu düzəltməliyik".
Bekiri növbəti turdakı rəqibləri "Araz-Naxçıvan"ı yenməyə köklənəcəklərini bildirib:
"Araz-Naxçıvan"a qalib gəlməyə çalışacağıq. Azərbaycan Premyer Liqasında zəif komanda yoxdur. Onların oyunlarını daha yaxşı təhlil etməliyik"
Nihat