Türkiyənin Antalya şəhərində zəlzələ olub. Fanat.az xəbər verir ki, 6 bal gücündəki yeralıt təkan basketbol matçının dayanmasına səbəb olub.
Belə ki, zəlzələ Konyada da hiss olunub. Bu zaman "Konya Selçuk Üniversiteti" - "Olin Edirne" matçının keçirildiyi salonda işıqlar sönüb. Nəticədə qarşılaşma 15 dəqiqə dayanıb. Elektrik energisinin verilməsi bərpa olunundan sonra matç davam edib və qonaq komanda 88:76 hesablı qələbə qazanıb.
Fanat.az