Yuri Syomindən 4 dəyişiklik

Yuri Syomindən 4 dəyişiklik
Azərbaycan Kubokunun yarımfinal mərhələisinin ilk oyununda "Xəzər Lənkəran"ı qəbul edən "Qəbələ"nin baş məşqçisi Yuri Syomin start heyətini açıqlayıb. Fanat.az xəbər verir ki, rusiyalı mütəxəssis heyətdə 3 dəyişiklik etməli olub.
Belə ki, son turun AZAL matçında start heyətində yer almış Dodo və Elnur Allahverdiyev cəza səbəbidən kənarda qalıb. Dodo sarı vərəqə limitini doldurub, Elnur ötən mövsüm finaldakı olaylara görə cəzalıdı. Həmçinin AZAL matçını sarı vərəqə limitindən buraxmış Lorenzo Ebesilyo da eyni səbəbdən kənarda qalıb.
Syomin əsas heyətdən qovduğu Yannik Kamananın adını "18-liy"ə salmayıb və ötən matçda 55 dəqiqə oynatdığı Leonardo da Silvanı ehtiyatda saxlayıb. Rusiyalı məşqçi bu "dördlüy"ün əvəzində Nizami Hacıyev, Ruslan Tağızadə, İbrahima Niasse və Davronjon Erqaşevə "11-lik"də yer verib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər