Yuri Syomin Ronaldonu seçdi - MÜSAHİBƏ

Yuri Syomin Ronaldonu seçdi - MÜSAHİBƏ
"Qəbələ"nin baş məşqçisi Yuri Syomin sportbox.ru saytına müsahibə verib. Fanat.az müsahibəni təqdim edir:
- 2013-cü ilin hansı futbol hadisəsi sizin üçün daha yaddaqalan oldu?
- Yəqin ki, Rusiya millisinin dünya çempionatına vəsiqə qazanmasını qeyd etsəm, yenilik etmiş olmaram.
- Rusiyada ilin futbolçusu?
- Yekdilliklə, Qluşakov
- Sizin üçün ilin kəşfi kim oldu?
- Elə o. Məhz Qluşakovu ilin kəşfi hesab edirəm.
- İlin komandası?
- “Lokomotiv”, hansı ki payız mərhələsində stabil çıxış etdi.
- Məşqçi?
- Valeri Karpin.
- Futbol məyusluğu?
- Öz komandalarını sevməyən azarkeşlərin davranışları.
- 2013-cü ildə özünüz üçün nəyi ən böyük uğur hesab edirsiniz?
- Əsas odu ki, mənim komandam ölkə çempionluğuna iddia edir.
- Messi, Riberi, yoxsa Kriştianu Ronaldo?
- Kriştianu Ronaldo.
- 2014-cü ildə Rusiya futbolu ilk növbədə nədən qaçmalıdı?
- İlk növbədə infrastrukturu yüksəltmək və meydançaları yaxşı vəziyyətə gətirmək lazımdı. Məhz bərbad meydançalar yüksəksəviyyəli futbolçulara öz oyunlarını sərgiləməyə imkan vermir.
- Sizin fikrinizcə, Rusiya futbolunda kim daha çox Şaxta Baba obrazına uyğun gəlir?
- Bağışlayın, amma futbol adamlarından heç birini mən bu obraza oxşada bilmirəm.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər