Yuri Syomin AZAL-la oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Qəbələ”nin baş məşqçisi oyunu dəyərləndirib:
“Yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Xüsusən də ilk hissədəki epizodlarda qol vurmalı idik. Oyun heç-heçə başa çatdı. Komanda əlindən gələn qədər nəticə göstərməyə çalışır, yaxşı məşq edir. Təəssüf ki, bunun nəticəsini görmürük. Ebesilio və Niassenin olmaması oyunumuza təsir edir, hər ikisi yaradıcı futbolçudu. Oyuna da yaxşı köklənmişdik. Keyfiyyətli oyun göstərmək lazımdı, ustalıq səviyyəsi olmalıdı ki, Kamanan və Subotiç yaradılan qol imkanlarından istifadə etsinlər. Komanda kubok oyunlarında uğur qazanıb özünəinamı bərpa etməlidi”.
Fanat.az