Yurgen Klopp: "Leva tam zamanında getdi"

Yurgen Klopp: "Leva tam zamanında getdi"

"Borussiya"nın baş məşqçisi Yurgen Klopp Robert Levandovskinin "Bavariya"ya keçidinə münasibət bildirib. Fanat.az xəbər verir ki, alman mütəxəssis polşalı ulduzdan razılıq edib.

Levanın uzun müddətdi getmək istədiyini deyən Klopp futbolçunun komandadan tam vaxtında ayrıldığını bildirib: "Bu ayrılığı uzun müddətdi gözləyirdik. Leva tam zamanında getdi. İndiyədək getək istəməsinə rəğmən peşəkarlığını göstərdi və bütün bacarığını meydanda göstərdi. Getmək istəməsinə rəğmən qalsaydı, haqqında şayilələr yayılacaqdı ki, bu da vəziyyəti pisləşdirəcəkdi".

"Futbolçularımızı bizdən satın ala bilərlər, amma "Borussiya" hər şeydən və hər kəsdən böyükdü. "İndi nə olacaq, nə edəcəksiniz, planınız nədi" deyə hər kəs soruşur. Hər kəs bilsin ki, hər şey daha yaxşı şəkildə davam edəcək" deyə baş məşqçi əlavə edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər