Türkiyənin PTT 1-ci liqasında XXXIV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, futbolçularımızdan bu tur yalnız Branimir Subaşiç oynayıb.
Millimizin sabiq üzvünün çıxış etdiyi "Orduspor" "Samsunspor"u qəbul edib və 0:0 hesablı heç-heçə edib. 33 oyunda 65 xal toplayan Ordu təmsilçisi turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider "İstanbul BB"dən 7 xal geri qalır.
Davud Kəriminin forma geyindiyi "Fəthiyespor" "Dənizlispor"u qəbul edib və 1:4 hesabı ilə yenilib. Qapıçımız oyunu ehtiyat oyunçular skamyasından izləyib. "Fəthiyəspor" 33 oyundan sonra 32 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
Ufuk Budakın çıxış etdiyi "Qaziantep BB" "Kahramanmaraşspor"un qonağı olub və 2:0 hesablı qələbə qazanıb. Ufuk Budakın adı yenə "18-liy"ə salınmayıb. "Qaziantep BB" 33 oyunda 38 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Fanat.az