Vobay Kameruna uduzdu

Vobay Kameruna uduzdu
Afrika Millətlər Kubokunun seçmə mərhələsində növbəti oyunlar keçirilib. Fanat.az xəbər verir ki, Julius Vobayın çağırıldığı Sierra Leone yığması Kamerunun qonağı olub.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Neftçi"nin futbolçusu start heyətində yer alıb və 90 dəqiqə oynayıb.
Qeyd edək ki, bu komandalar oktyabrın 11-də Sierra Leonedə qarşılaşmışdı (0:0). Həmin matçda da start heyətində yer alan Vobay 90+1-ci dəqiqədə əvəzlənmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər