- Salam, hamını günahlandırıb, ən az səhv buraxan mütəxəssis.
- Məgər elə deyil? Gör bu 6 ildə millidə nə qədər dəyişikliklər olub. Bəs baş məşqçi? Səhvim çox olsaydı, kim idi mənimlə yenidən müqavilə imzalayan?
- İşləriniz necədi, herr Foqts?
- Qəşəngdi, hər şey plan üzrə davam edir.
- Üç oyuna 0 xal idi planınız?
- Burda nə var axı? Sən məndən işimi soruşdun. Bir halda ki, müqaviləm qüvvədədi, aylıq məvacibim vaxtında çatdırılır, nədən narazı ola bilərəm ki?
- Hərdən qrupdakı turnir cədvəlinə baxırsınız?
- Nə olub ki, turnir cədvəlinə? Durub yerində, hər şey qaydasındadı.
- Komandanın xal durumu necə, o da normaldı?
- Sən nə istəyirdin ki? İtaliyadan, Xorvatiyadan xal almağımızı?
- Mən nə karəyəm ki, nəsə tələb edəm? Axı bolqarlara da uduzduq... Üstəlik Xorvatiyadan 6 cavabsız...
- Braziliya dünya çempionatında Almaniyaya uduzdu. Unutmusan nəticəsini?
- Xeyr, ancaq baş məşqçi istefaya göndərildi.
- Mən istefa versəm, ürəyiniz yerinə düşəcək? Nə vermisiniz mənə, ala bilmirsiniz? Sənə deyirəm ki, fanat.az saytında işləmə? Get işinlə məşğul ol! Məni istefaya göndərənə bir bax! İcraiyyə Komitəsi var, məsləhət olsa, onlar bu məsələni qaldırarlar.
- Axı İK üzvləri artıq əleyhinizə açıqlamar verməyə başlayıblar.
- Çılpaq həqiqəti istəyirsən?
- Çox minnətdar olardım.
- Hər şey plan üzrə gedir. Əlimdə müqaviləm var. Mən almanam və dəqiqliyi sevirəm. Pozacaqlarsa müqaviləni, papağımı göyə tullayacam. Ağsaqqal adamam, nə qədər təyyarələrdə var-gəl eləmək olar? Gül kimi təzminatımı alıb oturacam evimdə. Elə bilirsən mənə xoşdu bu qədər acı tənqidləri eşitmək?
- Bir halda ki, elədi, nəyə görə cari tsikl üçün müqavilə imzaladınız, yalandan Avropa çempionatının final mərhələsindən dəm vurdunuz?
- Ay insan övladı, harda eşitmisən ki, almanlar pulu sevmir? Qarşımıza məqsəd qoyulubsa, o demək deyil ki, mütləq məqsədimizə çatmalıyıq. Bu meydan, bu da şeytan. Futbolçunun potensialı budu. Baş məşqçi kim olursa olsun, Azərbaycan yığmasının qrup 3-cüsü olmağa bu gün gücü çata bilməz.
- Cənab Foqts, Allaha inanırsınız?
- Mən AFFA-ya inanıram. Assosiasiyanın möhürünə, ailəmin firəvan dolanması üçün ödədiyi pula inanıram. Ateist deyiləm, ancaq daha çox realistəm.
- Deməli, günah anlayışı Sizə yaddı?
- Elə bilirsən tək yeyirəm pulları? Elə bilirsən tək mən yeyirəm neftiniz pullarını? Niyə hamı məni görür? Qısası, bilirsən nə var? Əcəb eləyirəm!
Fanat.az