Velosiped İdmanı Federasiyasından bayram hədiyyəsi

Velosiped İdmanı Federasiyasından bayram hədiyyəsi
31 dekabr - Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni Il münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası Dənizkənarı Milli Park İdarəsi ilə birlikdə dekabrın 29-u, saat 16.00-da velosiped həvəskarları üçün yürüş keçirəcək.
 
Fanat.az xəbər verir ki, veloyürüş Əl Oyunları İdman Sarayının yanından start götürəcək və saat qülləsinin yanında başa catacaq. Velosipedi olmayanlar federasiya tərəfindən velosipedlə təmin ediləcək, kiçik yaşlı uşaqlara yeni il hədiyyələri təqdim olunacaq.
 
Bütün velosiped həvəskarlarını dekabrın 29-da bayram yürüşünə dəvət edir və bayram sevincini birgə yaşamağa çağırırıq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər