Tyaqo Şehiçi 525-də dayandırdı

Tyaqo Şehiçi 525-də dayandırdı

"Qarabağ"ın qapıçısı İbrahim Şehiçin quru seriyası qırılıb. Fanat.az xəbər verir ki, bosniyalı qolkiper ardıcıl 6-cı quru seriyanı qıra bilməyib.

Şehiçi sonuncu dəfə XXIV turun "Neftçi" ilə matçının 83-cü dəqiqəsində Mirhüseyn Seyidov məyus etmişdi. Bundan sonra "Bakı", "İnter", "Sumqayıt", "Qəbələ" və AZAL-la oyunlarda meydana çıxan qolkiper qapısını toxunulmaz saxlamışdı. Onu bu gün "Rəvan"la keçirilən matçın 68-ci dəqiqəsində Tyaqo Mirasema məyus edib. Bununla da 525 dəqiqəlik quru seriya əldə edən Şehiç Pavel Kaspanı geridə qoyaraq, mövsümün ikinci ən yaxşı nəticəsini əldə edib.

Qeyd edək ki, "quru" seriyaya əsasən mövsümün rekordu Şehiçin komanda yoldaşı Fərhad Vəliyevə məxsusdu. Ardıcıl 5 quru oyun keçirən qolkiperin hesabında 554 dəqiqə var. Ardıcıl 4 görüşdə qol buraxmayan Pavel Kapsa isə 505-də dayanıb. 

1. Fərhad Vəliyev (Qarabağ) - 554

2. İbrahim Şehiç (Qarabağ) - 525

3. Pavel Kapsa (Simurq) - 505

4. Kamran Ağayev (Bakı) - 360

5-6. David Pietrzkeviç (Qəbələ), Pavel Kapsa (Simurq) - 335

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər