Bakı "İnter"i “Zenit”in müdafiəçisi Kristian Ansaldini heyətinə qatmaq istəyir. Fanat.az xəbər verir ki, bu barədə rekord.az saytı məlumat yayıb.
Məlumata görə, Rusiya klubunda əsas heyətə düşməkdə çətinlik çəkən futbolçu özü də karyerasını başqa klubda davam etdirmək istəyir. "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze isə Ansaldini sərəncamında görməkdə israrlıdı. Ancaq bu futbolçunun transfer qiymətinin yüksək olması və üstəlik, Avropada oynamaq istəməsi gürcü məşqçinin arzusunun reallaşmasını çətinləşdirir.
Qeyd edək ki, 27 yaşlı futbolçu karyerasına vətənində “Nyuellz Old Boys”da başlayıb - 2005-2008, 29 oyun, 2 qol. 2008-2013-cü illərdə "Rubin"in uğurları üçün çalışan müdafiəçi 128 oyunda 2 qol vurub. Bu mövsüm "Zenit"ə keçən Ansaldi 6 oyunda 1 qola imza atıb.
"Rubin"lə 2008 və 2009-cu illərdə Rusiya çempionu, 2010-da Rusiya Kubokunun, 2010 və 2012-ci illərdə isə Super Kubokunun sahibi olan argentinalı 2009-cu ildə milli komandada 3 oyuna çıxıb.
Fanat.az